Bakı. 24 sentyabr. REPORT.AZ/ Tanınmış azərbaycanlı alım Lütfi Zadənin nəşi sentyabrın 26-da San-Fransiskodan Bakıya yola salınacaq.
Bunu “Report”a açıqlamasında Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev deyib.
Onun sözlərinə görə, daşıma ilə məşğul olan şirkətin verdiyi məlumata görə, alimin nəşi Bakıya sentyabrın 29-da çatacaq.
Qeyd edək ki, 1921-ci ildə Novxanıda dünyaya gələn tanınmış alim 2017-ci il sentyabrın 6-da Kaliforniyada vəfat edib.