Lütfi Zadə ilə vida mərasimi başa çatıb - YENİLƏNİB-3

Lütfi Zadə ilə vida mərasimi başa çatıb - YENİLƏNİB-3 Mərhum I Fəxri xiyabanda dəfn olunacaq
Elm və təhsil
29 Sentyabr , 2017 13:24
Lütfi Zadə ilə vida mərasimi başa çatıb - YENİLƏNİB-3
Report/ Orkhan Azim

Bakı. 29 sentyabr. REPORT.AZ/ Dünya şöhrətli azərbaycanlı alim, Kaliforniya Universitetinin professoru Lütfi Zadə ilə vida mərasimi başlayıb.

"Report"un məlumatına görə, mərhum I Fəxri xiyabanda dəfn olunacaq.

*** 12:46

Bakı. 29 sentyabr. REPORT.AZ/ "Bu gün Azərbaycan üçün əlamətdar gündür". "Report" xəbər verir ki bunu Lütfi Zadə ilə vida mərasimində iştirak edən təhsil naziri Mikayıl Cabbarov deyib.

O bildirib ki, Azərbaycan Lütfi Zadə ilə qürur duyur: "O, öz adını Azərbaycan elm tarixinə yazdırdı. Hazırda Azərbaycanda yeni Lütfi Zadələr yetişməkdədir. Azərbaycan xalqı təhsilin dəyərini çox yaxşı dərk edir".



*** saat 12:06

Bakı. 29 sentyabr. REPORT.AZ/ Prezident İlham Əliyev dünya şöhrətli azərbaycanlı alim, Kaliforniya Universitetinin professoru Lütfi Zadənin vida mərasimində iştirak edib. "Report"un məlumatına görə, onu hökumət rəsmiləri müşayiət edib.


*** 10:44

Bakı. 29 sentyabr. REPORT.AZ/ Dünya şöhrətli azərbaycanlı alim, Kaliforniya Universitetinin professoru Lütfi Zadə ilə vida mərasimi başlayıb.

"Report" xəbər verir ki, onun cənazəsi "Heydər" məscidindən AMEA-nın Əsas binasına gətirilib.

Mərasimdə dövlət və hökumət rəsmiləri, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri və mərhumun yaxınları iştirak edirlər.

Mərhum I Fəxri xiyabanda dəfn olunacaq.

Xatırladaq ki, Kaliforniya Universitetinin professoru, dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi Lütfi Zadə fevral ayının 4-ü 1921-ci ildə Bakıda dünyaya gəlib, sentyabrın 6-da ABŞ-ın Kaliforniya ştatında 96 yaşında dünyasını dəyişib. Onun cənazəsi ötən gecə Bakıya gətirilib.

Son xəbərlər

Orphus sistemi