Lisey və gimnaziyaların I sinfinə elektron qeydiyyat başa çatır

Lisey və gimnaziyaların I sinfinə elektron qeydiyyat başa çatır Seçim üçün müsabiqələr (imtahanlar) aprel-may aylarında həyata keçiriləcək
Elm və təhsil
15 Aprel , 2015 11:54
Lisey və gimnaziyaların I sinfinə elektron qeydiyyat başa çatır

Bakı. 15 aprel. REPORT.AZ/ Ümumtəhsil məktəblərinin I siniflərinə qəbul üçün valideynlərin (və ya digər qanuni nümayəndələrin) elektron ərizələrinin bu sistemdə qeydiyyatı sentyabrın 15-dək davam edəcək. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. 

Bakı şəhəri üzrə I sinfə qəbul müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara elektron qeydiyyat isə martın 15-dən etibarən həyata keçirilir. Elektron qeydiyyat bu gün saat 00:00-da başa çatacaq.

Qeyd edək ki, seçim üçün müsabiqələr (imtahanlar) aprel-may aylarında həyata keçiriləcək. Müsabiqənin nəticələrinə görə, həmin lisey və gimnaziyalara qəbul edilməyən uşaqların valideynləri (digər qanuni nümayəndələri) elektron sistemdə yenidən ümumtəhsil məktəbi seçmək hüququna malikdirlər.

Son xəbərlər

Orphus sistemi