Lisey və gimnaziyalara qəbul imtahanlarının tarixləri açıqlanıb

Lisey və gimnaziyalara qəbul imtahanlarının tarixləri açıqlanıb Nazirlik rəsmisi qeyd edib ki, imtahanlar tədris bitdikdən sonra keçiriləcək
Elm və təhsil
25 May , 2021 15:43
Lisey və gimnaziyalara qəbul imtahanlarının tarixləri açıqlanıb
0 : 00
0 : 00

Lisey və gimnaziyalara qəbul imtahanlarının tarixləri açıqlanıb.

“Report” xəbər verir ki, Təhsil Nazirliyinin lisey, gimnaziya və özəl ümumi təhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayev imtahanların 16, 17, 18 və 21 iyunda keçiriləcəyini bildirib.

Nazirlik rəsmisi qeyd edib ki, imtahanlar tədris bitdikdən sonra keçiriləcək:

“İyunun 16-da VI siniflərə, iyunun 17-də V siniflərə, iyunun 18-də VII siniflərə, iyunun 21-də isə VIII və IX sinifdə oxuyan şagirdlər üçün qəbul imtahanı olacaq”.

Son xəbərlər

Orphus sistemi