Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəblərində olub

Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəblərində olub O, tədris korpuslarındakı mövcud şəraitlə tanış olub
Elm və təhsil
7 Aprel , 2017 02:31
Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəblərində olub

Bakı. 7 aprel. REPORT.AZ/ Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 və 2 saylı xüsusi internat məktəblərində olub.

"Report" xəbər verir ki, internat məktəblərində təlim-tərbiyə alan uşaqlarla görüşən Leyla Əliyeva tədris korpuslarındakı mövcud şəraitlə tanış olub, uşaqların təhsili və asudə vaxtlarının təşkili ilə maraqlanıb.

12 saylı internat məktəbinin yetirmələri hazırladıqları müxtəlif bədii proqram, şeir və rəqs nömrələri təqdim ediblər.

Daha sonra 2 saylı internat məktəbinə gələn Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ibtidai və yuxarı sinif şagirdlərinin təhsil prosesi ilə maraqlanıb.

İnternat evinin yetirmələri müxtəlif səhnəciklər, o cümlədən vətənpərvərlik mövzusunda kompozisiya və rəqs nömrələri ilə çıxış ediblər.

Leyla Əliyeva, eyni zamanda, 12 və 2 saylı internat məktəblərində uşaqların müxtəlif əl işləri ilə tanış olub.

Son xəbərlər

Orphus sistemi