Lənkəran Dövlət Universitetinin rektoru kollektivə təqdim edilib

Lənkəran Dövlət Universitetinin rektoru kollektivə təqdim edilib Nazir müavini tapşırıq verdi
Elm və təhsil
26 Aprel , 2021 15:36
Lənkəran Dövlət Universitetinin rektoru kollektivə təqdim edilib

Lənkəran Dövlət Universiteti (LDU) Elmi şurasının növbədənkənar islasında yeni rektor Natiq İbrahimovun təqdimatı olub.

"Report" xəbər verir ki, "Microsoft Teams" platforması üzərindən keçirilən Elmi şuranın iclasında təhsil nazirinin müavini Firudun Qurbanov da iştirak edib.

İclası Elmi şuranın sədri, professor Natiq İbrahimov açıb və təqdimat üçün sözü Firudun Qurbanova verib. F.Qurbanov N.S.İbrahimovun Lənkəran Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 aprel 2021-ci il sərəncamını Elmi şura üzvlərinin diqqətinə çatdırıb. F.Qurbanov t əhsil naziri Emin Əmrullayevin adından Natiq İbrahimovu yüksək etimada – Lənkəran Dövlət Universitetinin rektoru təyin edilməsi münasibətilə təbrik edib, onun tərcümeyi-halı ilə şura üzvlərini tanış edib.

Son 5 il ərzində LDU-da tələbə kontigentinin bir neçə dəfə artdığını, maddi-texniki bazanın gücləndiyini, tədris prosesinin keyfiyyətcə yaxşılaşdığını faktlar əsasında şərh edən Təhsil Nazirliyinin rəsmisi yeni tədris korpuslarının, tələbə yataqxanasının, tələbə yeməkxanasının inşa edilərək istifadəyə verilməsini, turizm-tədris bazasının, yardımçı təsərrüfatın yaradılmasını, xaricdən yeni laboratoriyaların alınmasını, kənardan dəvət edilən müəllimlər üçün xidməti evlərin inşasını yüksək dəyərləndirib.

F.Qurbanov cənub bölgəsində yeganə ali təhsil ocağı olan LDU-nun regionun inkişafında mühüm rol oynadığından da söz açıb, yaradılan texnoparkların ixtisaslı kadrlarla təminatının bu ali təhsil ocağının üzərinə böyük vəzifələr qoyduğundan, nəzəri-praktik biliklərin vəhdətdə tədrisindən danışıb.

44 gün davam edən və xalqımızın qələbəsi ilə bitən Vətən müharibəsindən söz açan nazir müavini işğaldan azad olunmuş rayonların bərpasında iştirak etməyi hər bir azərbaycanlının vətəndaşlıq borcu sayıb, əsrin, zamanın tələblərinə cavab verən savadlı, eyni zamanda vətənpərvər kadrların hazırlanmasını universitetlərin, professor-müəllim heyətlərinin əsas vəzifəsi hesab etdiyini deyib, bildirib ki, ali təhsil ocaqları bundan sonrakı fəaliyyətlərində regionun tələbatını nəzərə almaqla kadr hazırlığına üstünlük verməlidirlər.

Son xəbərlər

Orphus sistemi