Lahıcda məktəb tikintisinə 3,5 milyon manat ayrılıb

Lahıcda məktəb tikintisinə 3,5 milyon manat ayrılıb Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
Elm və təhsil
5 Oktyabr , 2017 18:11
Lahıcda məktəb tikintisinə 3,5 milyon manat ayrılıb
Report

Bakı. 5 oktyabr. REPORT.AZ/ Prezident İlham Əliyev İsmayıllı rayonunun Lahıc qəsəbəsində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamla İsmayıllı rayonunun Lahıc qəsəbəsində 400 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə 3,5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi