“Kosmosu mənə göstər” müsabiqəsinin nəticələri açıqlanıb

“Kosmosu mənə göstər” müsabiqəsinin nəticələri açıqlanıb Qaliblərə diplom və “Azərkosmos”un hədiyyələri təqdim olunub
Elm və təhsil
627
15 Aprel , 2018 18:27
“Kosmosu mənə göstər” müsabiqəsinin nəticələri açıqlanıb

Bakı. 15 aprel. REPORT.AZ/ AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında “Kosmosu mənə göstər” müsabiqəsinin nəticələrinə həsr olunmuş tədbir keçirilib.

“Report” xəbər verir ki, tədbirdə Bakı şəhər məktəblərində yerləşən RUGİM-nin Ekoklublarının üzvləri arasında 12 aprel - Kosmonavtika Gününə həsr olunmuş müsabiqənin video­çarxları nümayiş olunub.

Sonda müsabiqədə seçilən 56 məktəbliyə sertifikatlar, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Kosmosu mənə göstər” kitabı təqdim olunub. Müsabiqədə 1-ci, 2-ci və 3-cü yeri tutan məktəblilər isə diplom və “Azərkosmos” ASC-nin hədiyyələri ilə mükafatlandırılıblar.

Tədbir AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Respublika Uşaq – Gənclər İnkişaf Mərkəzi (RUGİM), Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Tusi-Bohm Planetariumun birgə təşkilatçılığı ilə keçirilib.

Son xəbərlər

Orphus sistemi