Koronavirusa görə noyabrın 12-də distant tədrisə keçən Məktəb Lisey Kompleksinin karantin müddəti uzadılıb.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.
Məlumata görə, Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında, təhsil müəssisəsi dekabrın 3-nə qədər distant formada fəaliyyət göstərəcək.
Xatırladaq ki, Məktəb Lisey Kompleksinin 12 şagirdi və 3 müəlliminin COVID-19 infeksiyasına yoluxması təsdiq olunduğundan komplekdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunmuşdu.