Gəncə şəhər Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəb COVID-19 səbəbindən bağlanıb.
"Report"un Qərb mərkəzinin məlumatına görə, tədris ocağının 1 müəllim və 1 texniki işçisində COVİD-19 virusu aşkar edildiyi üçün bağlanıb.
Bildirilir ki, məktəb iki həftə bağlı qalacaq və aidiyyatı üzrə rəsmi rəydən sonra fəaliyyətə başlayacaq. Hazırda dərslər onlayn keçirilir