Bakı. 14 iyun. REPORT.AZ/ I-V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ərizə qəbulunun müddəti bu gün saat 23:59-da başa çatır.
Dövlət İmtahan Mərkəzindən (DİM) "Report"a verilən məlumata görə, lakin elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına müraciət etmədən təsdiq edə bilən abituriyentlər 20 iyun saat 10:00-dək ərizələrini təsdiq edə bilərlər.
Elektron ərizəsini təsdiq etməyən abituriyentlər qəbul imtahanına buraxılmayacaqlar.