Bakı. 21 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə qanunu imzalayıb. “Report” xəbər verir ki, sənədə əsasən, Məcəlləyə “Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı üzrə tələblərin pozulması” adlı 192-1-ci maddə əlavə edilib.
Həmin maddəyə əsasən, kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı üzrə tələblərin pozulmasına görə, vəzifəli şəxslər yüz manat miqdarında, hüquqi şəxslər beş yüz manat miqdarında cərimə ediləcək.