Bakı. 16 fevral. REPORT.AZ/ “Qəbul imtahanlarının ödəniş tariflərinin müəyyənləşdirilməsi üçün Dövlət İmtahan Mərkəzi ilə Tarif Şurası arasında işçi qaydada müzakirələr aparılır”.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Tarif Şurasının katibi İlkin Məcidov deyib.
İ.Məcidovun sözlərinə görə, müzakirələrin sonunda ən optimal variant seçiləcək.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi təkliflərini Tarif Şurasına göndərdiyini açıqlayıb.