Karlov Universitetinin professoru BSU-da çex dili fənnindən dərs deyəcək

Karlov Universitetinin professoru BSU-da çex dili fənnindən dərs deyəcək ​Bakı Slavyan Universiteti yeni əməkdaşlığa imza atıb
Elm və təhsil
9 Aprel , 2015 17:55
Karlov Universitetinin professoru BSU-da çex dili fənnindən dərs deyəcək

Bakı. 9 aprel. REPORT.AZ/ Bakı Slavyan Universitetinin (BSU) Çexiyanın qabaqcıl ali təhsil müəssisələrindən olan Karlov Universiteti ilə əməkdaşlıq haqqında bağladığı müqaviləyə əsasən, BSU-ya ezam edilmiş Karlov Universitetinin professoru İvana Bozdexova iki həftə Tərcümə, Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin çex dili ixtisası üzrə təhsil alan tələbələrinə praktik çex dili fənnindən dərs deyəcək. Bu barədə “Report”a BSU-nun mətbuat xidmətindən bildirilib.

BSU-nun rektoru, professor Asif Hacıyev İvana Bozdexova ilə görüşü zamanı rəhbərlik etdiyi ali təhsil ocağının yaranma tarixi, tədris prosesi, burada 2010-cu ildən etibarən fəaliyyət göstərən Çex dili və mədəniyyəti Mərkəzi, bu istiqamətdə kadr hazırlığı, eyni zamanda, BSU-nun xarici universitetlərlə əlaqələri barədə qonağa məlumat verib.

Görüş çərçivəsində əməkdaşlığın gələcəkdə daha da gücləndirilməsi barədə danışıqlar aparılıb. Çexiyalı qonaq Bakı Slavyan Universiteti ilə yaxından tanış olub.

Son xəbərlər

Orphus sistemi