Kamran Əliyev: “Saxta diplomlarla bağlı şikayətlərin sayı azalıb”

Kamran Əliyev: “Saxta diplomlarla bağlı şikayətlərin sayı azalıb” “Bu məsələ diqqət mərkəzindədir”
Elm və təhsil
16 Yanvar , 2017 11:43
Kamran Əliyev: “Saxta diplomlarla bağlı şikayətlərin sayı azalıb”

Bakı. 16 yanvar. REPORT.AZ/ “Saxta diplomlarla bağlı məsələ diqqət mərkəzindədir. 2016-cı ildə bu məsələ ilə bağlı şikayətlərin sayı azalıb”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Baş prokurorunun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş idarəsinin rəisi Kamran Əliyev keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, saxta diplomlar şərti olaraq iki qrupa bölünür: "Birinci qrup diplomların açıq-aydın saxta olması gözlə görünür, ikinci qrup diplomlara isə baxmaqla onların saxta olmasını müəyyən etmək olmur, yəni, çətindir. Vətəndaş işə düzələrkən diplomunu təqdim edir, nəticədə məlum olur ki, diplom saxtadır. Elə diplomlar var ki, 30 il əvvəl alınıb, onların saxta olmasını müəyyən etmək çox çətindir".
K.Əliyev qeyd edib ki, bu işlər Təhsil Nazirliyinin müraciəti əsasında aparılır.

Son xəbərlər

Orphus sistemi