"Dədə Qorqud" dastanının dünyaya tanıdılmasının 200 illiyi ilə bağlı görülən işlər müzakirə olunub

"Dədə Qorqud" dastanının dünyaya tanıdılmasının 200 illiyi ilə bağlı görülən işlər müzakirə olunub Kamal Abdullayev müşavirə keçirib
Elm və təhsil
14 Dekabr , 2015 15:53
Dədə Qorqud dastanının dünyaya tanıdılmasının 200 illiyi ilə bağlı görülən işlər müzakirə olunub

Bakı. 14 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində müşavirə keçrib.

Bu barədə "Report"a mərkəzdən məlumat verilib.

Müşavirədə "Kitabi-Dədə Qorqud" dastanının alman şərqşünası Henri Fridrix fon Dits tərəfindən dünyaya tanıdılmasının 200 illiyi ilə bağlı Prezident İlham Əliyevin verdiyi sərəncamdan irəli gələn tədbirlərin icrası müzakirə olunub.

Bu günə qədər sərancamla bağlı görülən işlərdən danışan akademik bildirib ki, dekabrın 17-də bu mövzuda Almaniyanın Drezden şəhərində, dekabrın 22-də isə Bakıda yekun konfrans keçiriləcək.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli çıxış edərək Azərbaycan eposu olan "Dədə Qorqud" dastanın dünya epos düşüncəsinə bir nümunə olduğunu vurğulayıb.

Mədəniyyət və turizm nazirinin muavini Ədalət Vəliyev ölkə başçısının sərəncamına uyğun olaraq keçiriləcək yekun tədbirin proqramı və xarici ölkələrdən gələn qonaqların tərkibi barədə məlumat verib. 

Son xəbərlər

Orphus sistemi