Külək Bakıdakı məktəblərdən birinin dam örtüyünü uçurub

Külək Bakıdakı məktəblərdən birinin dam örtüyünü uçurub Hadisə ilə əlaqədar olaraq, bu gün təhsil müəssisəsində tədris müvəqqəti dayandırılıb
Elm və təhsil
108
20 Oktyabr , 2014 11:03
Külək Bakıdakı məktəblərdən birinin dam örtüyünü uçurub
Bakı. 20 oktyabr. REPORT.AZ/ Oktyabrın 19-u axşam saatlarında hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Bakı şəhərindəki 225 saylı tam orta məktəbin dam örtüyünün bir hissəsi sıradan çıxıb. Bu barədə “Report”a Bakı Şəhər Baş Təhsil İdarəsindən bildirilib.

Məlumata görə, hadisə ilə əlaqədar olaraq, bu gün təhsil müəssisəsində tədris müvəqqəti dayandırılıb.

Dünən məktəb rəhbərliyi tərəfindən müəllim və şagirdlər bununla bağlı məlumatlandırılıb.

Hazırda məktəbdə Təhsil Nazirliyinin nümayəndələri və müvafiq ekspertlər araşdırma aparır.

Gün ərzində tədrisin bərpa olunması vəziyyəti ilə bağlı əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi