Jurnalistikada təhsil alan tələbələr üçün müsabiqə elan edilib

Jurnalistikada təhsil alan tələbələr üçün müsabiqə elan edilib Cəmiyyətdə bərabərlik və birgəliyi dəstəkləyən, sosial sahibkarlıq konsepti üzərində qurulan “Hands Art” əl işlərinin satış platforması 3 dekabr Beynəlxalq Əlillər Günü ilə əlaqədar jurnalistika ixtisası üzrə təhsil alan tələbələr arasında müsabiqə elan edib.
Elm və təhsil
21 Noyabr , 2019 10:51
Jurnalistikada təhsil alan tələbələr üçün müsabiqə elan edilib

Cəmiyyətdə bərabərlik və birgəliyi dəstəkləyən, sosial sahibkarlıq konsepti üzərində qurulan “Hands Art” əl işlərinin satış platforması 3 dekabr Beynəlxalq Əlillər Günü ilə əlaqədar jurnalistika ixtisası üzrə təhsil alan tələbələr arasında müsabiqə elan edib.

"Report" xəbər verir ki, müsabiqədə ilk üç yeri şəxslər mükafatlandırılacaq. 

Müsabiqədə iştirak etməsi üçün şərtlər aşağıdakılardır:

- Aşağıda göstərilən üç mövzudan birini seçib, məqalə yazmaq:

- Əlilliyi olan şəxslərin cəmiyyətdə mövcud çətinlikləri və səbəbləri.

- Cəmiyyətdə əlilliyi olan şəxslərə qarşı mövcud stereotiplər hansılardır və səbəbləri.

- Medianın əlilliyi olan şəxslərin mövcud problemlərinin həllində iştirakı.

- Məqalələri 3 dekabr Beynəlxalq Əlillər Gününə qədər yazaraq [email protected] ünvanına göndərmək.

3 dekabr tarixində isə özünün hər hansı bir sosial şəbəkə hesabında paylaşmaq (“facebook” arzuolunandır).

Məqalə 2200 işarə limitini keçməməlidir.

Məqalə müəllifi yazı üslubu və format seçimində sərbəstdir. Öz fikirlərinin də əlavə edilməsi arzuolunandır.

Yazıların əlillik məsələlərinə aid hissəsinin dəyərləndirilməsi aidiyatı sahə üzrə mütəxəssis Murad Məmmədov tərəfindən aparılacaq. Müsabiqənin əsas məqsədi tələbələrin əlillik mövzusu üzrə maariflənməsi və başqalarını maarifləndirməsi olduğu üçün jurnalistika qaydalarının dəyərləndirilməsi aparılmayacaq.

Qaliblər 3-8 dekabr tarixləri arasında elan olunacaq.

Müsabiqədə 1-ci yeri tutan 50 manat, 2-ci və 3-cü yerlərin qalibləri isə “Hands Art” platformasından satışda mövcud olan istənilən bir boyunbağını hədiyyə olaraq əldə edə biləcəklər.

Qaliblərin yazıları xəbər portallarında dərc ediləcək.

Məqaləni göndərərkən ad, soyad və mobil telefon nömrəsi qeyd olunmalıdır. 

Əlaqə telefonu: +994 55 650 99 58 

Son xəbərlər

Orphus sistemi