IX sinfin buraxılış imtahanının məzmunu və forması təqdim edilib

IX sinfin buraxılış imtahanının məzmunu və forması təqdim edilib Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının məzmunu və forması, həmçinin modelinə dair nümunələri yenidən təqdim edib
Elm və təhsil
19897
30 Aprel , 2021 16:50
IX sinfin buraxılış imtahanının məzmunu və forması təqdim edilib

Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının məzmunu və forması, həmçinin modelinə dair nümunələri yenidən təqdim edib.

"Report" xəbər verir ki, buraxılış imtahanı bir mərhələdə keçiriləcək.

İmtahanda 85 tapşırıq təqdim edilir. İmtahan modelinin strukturu aşağıdakı kimidir:

Fənnin adı Tapşırıqların tipi və sayı
Tədris dili - Dil qaydalarına dair 10 qapalı tapşırıq;
- Oxuyub-anlamaya dair 2 mətn (bədii, publisistik) və hər mətnə aid 10 tapşırıq; bunlardan 8-i qapalı, 2-si cavabı kodlaşdırıla bilən açıq tipli (seçim)
Cəmi: 30 tapşırıq
Riyaziyyat - Qapalı tipli 21 tapşırıq;
- Cavabı kodlaşdırıla bilən açıq tipli (hesablama) 4 tapşırıq
Cəmi: 25 tapşırıq
Xarici dil - Dinləyib-anlamaya dair 1 mətn (publisistik və ya dialoq formalı) və mətnə aid 6 tapşırıq; bunlardan 5-i qapalı və 1-i cavabı kodlaşdırıla bilən açıq tipli (seçim);
- Dil qaydalarına dair 16 tapşırıq: bunlardan 14-ü qapalı və 2-si cavabı kodlaşdırıla bilən açıq tipli (seçim);
- Oxuyub-anlamaya dair 1 mətn və mətnə aid 8 tapşırıq; bunlardan 7-si qapalı və 1-i cavabı kodlaşdırıla bilən açıq tipli (seçim)
Cəmi: 30 tapşırıq


İmtahan modelinə dair nümunələrlə buradan tanış ola bilərsiniz:

- Azərbaycan dili fənni üzrə;

- Riyaziyyat fənni üzrə;

- İngilis dili fənni üzrə;

- Русский язык (язык обучения);

- Математика;

- Rus dili (xaric dil) fənni üzrə.

Məlumat üçün qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən otk.az portalında yeni imtahan modelinə uyğun sınaq imtahanları keçirilir.

Son xəbərlər

Orphus sistemi