İsmayıllıda yeni seysmik stansiya quraşdırılıb

İsmayıllıda yeni seysmik stansiya quraşdırılıb Respublika ərazisində seysmik monitorinq şəbəkəsinin genişləndirilməsini davam etdirən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) əməkdaşları tərəfindən İsmayıllı rayonunun Zərnava kəndində daha bir seysmik stansiyanın quraşdırılması işl
Elm və təhsil
15 noyabr 2021 07:46
İsmayıllıda yeni seysmik stansiya quraşdırılıb

Respublika ərazisində seysmik monitorinq şəbəkəsinin genişləndirilməsini davam etdirən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) əməkdaşları tərəfindən İsmayıllı rayonunun Zərnava kəndində daha bir seysmik stansiyanın quraşdırılması işləri başa çatdırılıb.

Bu barədə "Report"a AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsindən məlumat verilib.

Bildirilib ki, bu beynəlxalq qrant layihəsi çərçivəsində respublika ərazisində quraşdırılan sayca üçüncü yeni seysmik stansiyadır.

Qeyd edək ki, layihə çərçivəsində ümumilikdə 22 yeni seysmik stansiyanın quraşdırılması nəzərdə tutulur. Həmin stansiyaların on ikisi palçıq vulkanlarının ətrafında quraşdırılacaq.

Son xəbərlər

Orphus sistemi