​İqtisad Universitetinin Ağsaqqallar Şurasının sədri seçilib

​İqtisad Universitetinin Ağsaqqallar Şurasının sədri seçilib Ağsaqqallar Şurasının ilk iclası keçirilib
Elm və təhsil
18 Fevral , 2015 13:14
​İqtisad Universitetinin Ağsaqqallar Şurasının sədri seçilib

Bakı. 18 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Ağsaqqallar Şurasının ilk iclası keçirilib. Bu barədə "Report"a ADİU-nun Marketinq və Kommunikasiya Departamentinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.

İclası giriş sözü ilə açan ADİU-nun rektoru Ədalət Muradov universitetdə ağsaqqallara böyük ehtiyac olduğunu vurğulayıb.

Sonra Ağsaqqallar Şurasının sədr və müavinlərinin seçilməsi məsələsi müzakirə olunub. Səsvermə zamanı Qeyri-ərzaq malları əmtəəşünaslığı və ekspertizası kafedrasının müdiri, professor Əli Həsənov şuranın sədri seçilib. Beynəlxalq ticarət və gömrük işi kafedrasının müdiri, professor Arif Şəkərəliyev və Beynəlxalq iqtisadi münasibətlər kafedrasının dosenti Həsən İsrafilov Ağsaqqallar Şurasının sədr müavini seçiliblər.

Şuranın üzvləri universitetin inkişafına önəmli töhfələr verən tədris, elmi, inzibati və ictimai fəaliyyətdə böyük təcrübəyə malik, 65 və daha yuxarı yaşı olan 15 nüfuzlu əməkdaşdan ibarətdir. Sədr və müavinlər iki il müddətinə seçilir.

Qeyd edək ki, ADİU-nun Ağsaqqallar Şurası keçən ilin iyunun 30-da yaradılıb. Şuranın yaradılmasında məqsəd ali təhsil ocağında fəaliyyət göstərən qocaman müəllimlərin pedaqoji, elmi, təlim-tərbiyə, inzibati iş təcrübəsini universitet rəhbərliyi, əməkdaşları və tələbələri ilə bölüşmək, ümumrespublika təhsil, elmi, humanitar proseslərində universitetin nüfuzunun artırılmasına dəstək göstərməkdir.

Son xəbərlər

Orphus sistemi