İmtahana gələn 4 nəfərdə mobil telefon aşkarlanıb

İmtahana gələn 4 nəfərdə mobil telefon aşkarlanıb Dövlət İmtahan Mərkəzi tərəfindən I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.
Elm və təhsil
356
27 İyul , 2021 14:50
İmtahana gələn 4 nəfərdə mobil telefon aşkarlanıb

Dövlət İmtahan Mərkəzi tərəfindən I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.

Mərkəzdən "Report"a bildirilib ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 83 imtahan binası, 1431 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 83 ümumi imtahan rəhbəri, 238 imtahan rəhbəri, 1859 nəzarətçi–müəllim, 168 buraxılış rejimi əməkdaşı, 83 bina nümayəndəsi ayrılıb.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. İmtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska) təmin olunub.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İştirakçıların bədən hərarəti normaya uyğun olub.

4 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.

Son xəbərlər

Orphus sistemi