İlahiyyat İnstitutunun tələbələrinə aylıq yemək xərci veriləcək

İlahiyyat İnstitutunun tələbələrinə aylıq yemək xərci veriləcək Baş Nazir Əli Əsədov Azərbaycan İlahiyyat İnstitutunda təhsilalanların aylıq yemək xərcinin məbləğinin və xüsusi geyim forması ilə təmin olunması normalarının təsdiq edilməsi haqqındaqərar imzalayıb.
Elm və təhsil
4 Sentyabr , 2020 16:02
İlahiyyat İnstitutunun tələbələrinə aylıq yemək xərci veriləcək

Baş Nazir Əli Əsədov Azərbaycan İlahiyyat İnstitutunda təhsilalanların aylıq yemək xərcinin məbləğinin və xüsusi geyim forması ilə təmin olunması normalarının təsdiq edilməsi haqqında qərar imzalayıb.

“Report” xəbər verir ki, qərarla İlahiyyat İnstitutunda bir təhsilalana verilən aylıq yemək xərci 60 manat məbləğində təsdiq edilib.

Qərarla aylıq yemək xərci bakalavriat səviyyəsində təhsilalanlara 4 ildən, magistratura səviyyəsində təhsilalanlara 2 ildən, doktorantura səviyyəsində təhsilalanlara isə 3 ildən çox olmayan müddət üzrə ödəniləcək.

Son xəbərlər

Orphus sistemi