Təhsil Nazirliyi hazırda iki məktəbdə çalışan müəllimlərin qarşılıqlı yerdəyişmə prosesində iştirakı məsələsinə aydınlıq gətirib.
“Report”un məlumatına görə, nazirliyin İnsan Resursları Mərkəzinin rəhbəri Nurlan İsmayılbəyli deyib ki, namizədlər yalnız müddətsiz müqavilə əsasında çalışdığı əsas iş yeri üzrə qarşılıqlı yerdəyişmə etmək hüququna malikdir.
O söyləyib ki, hazırda analıq məzuniyyətində olan şəxslər də müsabiqədə iştirak edə bilərlər.