İki ali təhsil müəssisəsi akkreditasiyadan keçib

İki ali təhsil müəssisəsi akkreditasiyadan keçib Hər iki ali təhsil müəssisəsinin qiymətləndirilməsi həyata keçirilib.
Elm və təhsil
5 Fevral , 2021 16:20
İki ali təhsil müəssisəsi akkreditasiyadan keçib

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən akkreditasiyadan keçmiş Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasına müvafiq şəhadətnamələr təqdim edilib.

"Report" xəbər verir ki, Agentliyin təşkilatçılığı ilə Təhsil Naziri tərəfindən təsdiq edilmiş akkreditasiya qrafikinə uyğun olaraq hər iki ali təhsil müəssisəsinin qiymətləndirilməsi həyata keçirilib.

Qiymətləndirilmənin nəticəsinə əsaslanaraq “Yekun Hesabatlar” hazırlanmış və bu hesabatlar Azərbaycan Respublikasının Təhsil Nazirinin sədrliyi ilə keçirilən Akkreditasiya Şurasının iclasında müzakirə edilib. “Akkreditasiya Şurasının 14 dekabr 2020-ci il tarixli qərarı” ilə yuxarıda qeyd olunan ali təhsil müəssisələri növbəti beş (5) il müddətinə akkreditasiya olunub.

Qeyd edək ki, akkreditasiya Azərbaycan Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması, təhsil müəssisəsinin statusunun, hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddinin müəyyən edilməsi və onun fəaliyyətinin növbəti müddətə uzadılması məqsədləri daşıyır.

Son xəbərlər

Orphus sistemi