İdarə müdiri: “Yay məktəbi”ndə dərs deyən müəllimlərin heç bir hüququ tapdalanmır

İdarə müdiri: “Yay məktəbi”ndə dərs deyən müəllimlərin heç bir hüququ tapdalanmır “Yay məktəbi” mövcud karantin qaydalarına uyğun olaraq təşkil olunur. Yəni məktəblərdə sosial məsafə gözlənilir, müəssisəyə daxil olan şəxslər yoxlanılır”.
Elm və təhsil
197
17 İyun , 2021 10:18
İdarə müdiri: “Yay məktəbi”ndə dərs deyən müəllimlərin heç bir hüququ tapdalanmır
Mehriban Vəliyeva

"“Yay məktəbi” mövcud karantin qaydalarına uyğun olaraq təşkil olunur. Yəni məktəblərdə sosial məsafə gözlənilir, müəssisəyə daxil olan şəxslər yoxlanılır”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.

O bildirib ki, məktəblərdə vaksinasiyadan keçən müəllimlər rahat ortamda öz fəaliyyətlərini davam etdirirlər.

M.Vəliyeva onu da əlavə edib ki, “Yay məktəbi”ndə iştirak edən müəllimlərin iş müddəti bitmədiyindən burada öz funksiyalarını yerinə yetirirlər: “Onların saatları müqabilində “Yay məktəbi”nə cəlb olunublar. Bu səbəbdən hesab edirəm ki, onların heç bir hüququ tapdalanmır”.

Son xəbərlər

Orphus sistemi