İyunun 21-i saat 08:24-dən etibarən Azərbaycanda yay fəsli başlayacaq

İyunun 21-i saat 08:24-dən etibarən Azərbaycanda yay fəsli başlayacaq Payız sentyabrın 22-dən 23-ə keçən gecə saat 00.02-də, qış isə 21 dekabr saat 20.28-də gələcək
Elm və təhsil
17 İyun , 2017 15:37
İyunun 21-i saat 08:24-dən etibarən Azərbaycanda yay fəsli başlayacaq

Bakı. 17 iyun. REPORT.AZ/ Azərbaycanda yay fəslinin başlama vaxtı açıqlanıb. 

AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev “Report”a açıqlamasında bildirib ki, 20 mart Bakı vaxtı ilə saat 14.29-dan Azərbaycana qədəm qoyan yaz fəsli 21 iyun saat 08:24-dən etibarən yay fəsli ilə əvəz olunacaq.

O bildirib ki, payız sentyabrın 22-dən 23-ə keçən gecə saat 00.02-də, qış isə 21 dekabr saat 20.28-də gələcək.

Son xəbərlər

Orphus sistemi