I və IV qruplar üzrə yüksək bal toplayanların sayı açıqlanıb

I və IV qruplar üzrə yüksək bal toplayanların sayı açıqlanıb I və IV ixtisas qrupları üzrə 27-28 iyulda keçirilən qəbul imtahanlarında I ixtisas qrupu üzrə 11 nəfər ən yüksək nəticəni (400 bal) toplayıb.
Elm və təhsil
3122
10 Avqust , 2021 17:38
I və IV qruplar üzrə yüksək bal toplayanların sayı açıqlanıb

I və IV ixtisas qrupları üzrə 27-28 iyulda keçirilən qəbul imtahanlarında I ixtisas qrupu üzrə 11 nəfər ən yüksək nəticəni (400 bal) toplayıb.

"Report" xəbər verir ki, Qubadlı rayonu, Çaytumas kənd orta məktəbi, Bakı şəhəri 217 və 297 saylı orta məktəblər, Sumqayıt şəhəri, 11 saylı orta məktəb (2 nəfər), Sumqayıt şəhəri, “İstedad” liseyi (humanitar və təbiət-riyaziyyat təmayüllü), Şəki rayonu, 18 saylı şəhər orta məktəbi, Quba rayonu, Bağbanlı kənd orta məktəbi, Abşeron rayonu, Xırdalan şəhər 2 saylı orta məktəbi, Şirvan şəhəri, 1 saylı şəhər orta məktəbi, Qazax rayonu, 1 saylı şəhər orta məktəbin məzunları göstəriblər.

Sumqayıt şəhəri, 11 saylı orta məktəbin məzunu hər iki mərhələnin cəminə görə 697.1 bal toplayıb və bu nəticə I ixtisas qrupu üzrə ən yüksək baldır.

Bu imtahanda IV ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 400 bal toplayan 2 nəfər – Cəbrayıl rayonu, Sirik kənd orta məktəbi və Quba rayonu, Rustov kənd orta məktəbinin məzunları göstəriblər.

Cəbrayıl rayonu, Sirik kənd orta məktəbinin (Ə.Veysəlov adına) məzunu hər iki mərhələnin cəminə görə 692.5 bal toplayıb və bu nəticə IV ixtisas qrupu üzrə ən yüksək baldır.

Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.

Son xəbərlər

Orphus sistemi