I və IV qrup üzrə keçirilən qəbul imtahanı ilə bağlı Apelyasiya Komissiyası yaradılıb

I və IV qrup üzrə keçirilən qəbul imtahanı ilə bağlı Apelyasiya Komissiyası yaradılıb Bakı. 21 may. REPORT.AZ/ Mayın 20-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanında istifadə olunan test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb.
Elm və təhsil
21 May , 2018 11:54
I və IV qrup üzrə keçirilən qəbul imtahanı ilə bağlı Apelyasiya Komissiyası yaradılıb
0 : 00
0 : 00

Bakı. 21 may. REPORT.AZ/ Mayın 20-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanında istifadə olunan test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb.

Mərkəzdən "Report"a verilən məlumata görə, Apelyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.

Abituriyentlər Apelyasiya Komissiyasına mayın 21-dən 23-dək saat 10-dan 17-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər. 

Apelyasiya Komissiyası fəaliyyətini başa çatdırdıqdan sonra test tapşırıqlarının məzmunu, həmçinin imtahanda baş verən digər hallarla bağlı müraciətlərə baxılmır.

Son xəbərlər

Orphus sistemi