İtaliyanın KaFoskari Universiteti Bakıda ofis açır

İtaliyanın KaFoskari Universiteti Bakıda ofis açır Universitetin rektoru: "Bakını strateji məkan kimi seçmişik"
Elm və təhsil
2 Noyabr , 2018 17:31
İtaliyanın KaFoskari Universiteti Bakıda ofis açır
Ka`Foskari Universitetinin rektoru Mikele Bulyezi / Report / Firi Salim

Bakı. 2 noyabr. REPORT.AZ/ ADA Universiteti və İtaliyanın Venetsiya şəhərindəki Ka`Foskari Universiteti əməkdaşlıq və tələbə mübadiləsi haqqında memorandum imzalayıblar.

Ka`Foskari Universitetinin rektoru Mikele Bulyezi "Report"a bildirib ki, bu əməkdaşlıq İtaliya üçün böyük əhəmiyyət kəsb edir.

M.Bulyezinin sözlərinə görə, bu sənədin imzalanması, eləcə də Bakı Ka`Foskari Universitetinin məsləhət ofisi iki ölkə arasındakı əlaqələrin daha da inkişaf etməsinə kömək edir.

"Bakını strateji məkan kimi seçmişik. Burada ofis açmaq bizə tələbə mübadiləsi, iqtisadiyyat və elm sahəsində tədqiqat aparılması sahəsində sıx əməkdaşlıq etməyə, eləcə də regionda birgə layihələr üzərində işləməyə imkan verəcək", - deyə o bildirib.

Rektor həmçinin qeyd edib ki, bu il Ka`Foskari Universitetinə Azərbaycandan 35 tələbə qəbul olub.

Son xəbərlər

Orphus sistemi