İsrail səfiri BANM-də olub

İsrail səfiri BANM-də olub Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Elm və təhsil
2 Mart , 2020 14:10
İsrail səfiri BANM-də olub

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

BANM-dən "Report"a verilən məlumata görə, görüş zamanı İsrail şirkətləri və ali təhsil müəssisələri ilə Ali Məktəb arasında əməkdaşlıq sahəsində fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.

E.Qasımov bildirib ki, Azərbaycanla İsrail arasında dostluq münasibətləri mövcuddur və təhsil sahəsində də əlaqələrin inkişafı xüsusi diqqət mərkəzindədir. Görüşdə nümayəndə heyətinə BANM barədə ətraflı məlumat verən rektor qeyd edib ki, Ali Məktəbdə yüksək intellektual potensiala malik, savadlı gənclər təhsil alır və onlar məzun olduqdan sonra 100 faizlik işlə təmin olunurlar.

BANM-də texniki ixtisaslarla yanaşı, texnoloji ixtisasların da tədris olunduğunu deyən rektor, bu ixtisaslar üzrə yeni proqramların reallaşdırılmasının və bu istiqamətdə xarici təcrübənin öyrənilməsinin vacibliyini vurğulayıb.

E.Qasımov bu baxımdan, İsrail universitetləri ilə təcrübə mübadiləsinin aparılması və birgə innovativ tədqiqat mərkəzlərinin yaradılmasında maraqlı olduğunu bildirib.

C.Dik isə öz vöbəsində qeyd edib ki, Azərbaycan İsrail üçün vacib tərəfdaşdır.

Ali Məktəbdə yaradılan şəraiti yüksək qiymətləndirən səfir İsraillə təhsil sahəsində əlaqələrin inkişafından danışaraq bu istiqamətdə əməkdaşlığın daha inkişaf etdiriləcəyini diqqətə çatdırıb.

Eyni zamanda, o İsrail şirkət və ali təhsil müəssisələri ilə BANM arasında əlaqələrin qurulmasına dəstək göstərəcəyini bildirib.

Daha sonra qonaqlar Ali Məktəbin kampusu və burada yaradılan şəraitlə tanış olublar.

Son xəbərlər

Orphus sistemi