I sinfə sənəd qəbulunun vaxtı açıqlanıb

I sinfə sənəd qəbulunun vaxtı açıqlanıb Bakı. 7 mart. REPORT.AZ/ Bu il birinci sinfə elektron qəbulun əhatə dairəsi rayonlar üzrə genişlənir.
Elm və təhsil
166
7 Mart , 2019 11:18
I sinfə sənəd qəbulunun vaxtı açıqlanıb
0 : 00
0 : 00

Bakı. 7 mart. REPORT.AZ/ Bu il birinci sinfə elektron qəbulun əhatə dairəsi rayonlar üzrə genişlənir.

“Report” xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva deyib.

Onun sözlərinə görə, Mingəçevir, Yevlax, Şirvan, Naftalan və Samuxda şagirdlərin məktəbələrə qəbulu elektron qaydada aparılacaq.

"Məktəbəhazırlıq qruplarında oxumayan uşaqlar üçün sənəd qəbulu mart ayının 13-də start götürəcək. MHQ-nı bitirən uşaqlar üçün isə martın 11-də saat 10.00-dan sistem açıq olacaq", - müdir müavini əlavə edib.

Son xəbərlər

Orphus sistemi