I sinfə şagird qəbulu üzrə qeydiyyat başladı

I sinfə şagird qəbulu üzrə qeydiyyat başladı 2020-2021-ci dərs ili üzrə Azərbaycanın bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu üçün qeydiyyat başlayıb.
Elm və təhsil
10 mart 2020 06:59
I sinfə şagird qəbulu üzrə qeydiyyat başladı
google.az
0 : 00
0 : 00

2020-2021-ci dərs ili üzrə Azərbaycanın bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu üçün qeydiyyat başlayıb.

“Report” xəbər verir ki, proses elektron qaydada həyata keçirilir.

Belə ki, martın 10-da saat 11:00-dan etibarən məktəbəhazırlıq qruplarına cəlb olunmamış uşaqların valideynləri sistemdə ilk dəfə elektron qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalıdırlar.

Martın 13-ü, saat 11:00-dən etibarən valideynlər məktəb seçimini həyata keçirə bilərlər.

Xatırladaq ki, elektron qeydiyyat www.mektebeqebul.edu.az sistemi vasitəsilə həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi