Bakı. 28 dekabr. REPORT.AZ/ "Gələn ildən Azərbaycanda Qədim dilləri magistr səviyyəsində bilən mütəxəssislərimiz olacaq".
"Report" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasında Dövlət Dil Komissiyasının növbəti iclasında AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli deyib.
O bildirib ki, Qədim dilləri öyrənən mütəxəssislər həm Azərbaycanda, həm də xaricdə təcrübə yığırlar: "Bizim bu mütəxəssislərə çox ehtiyacımız var. Həm ivrit, latın, hətta qədim erməni dili də öyrənilməlidir".