İqtisad Universitetində yeni şöbə yaradılıb

İqtisad Universitetində yeni şöbə yaradılıb Şöbə tələbə həyatı ilə bağlı müxtəlif layihələr həyata keçirəcək
Elm və təhsil
30 İyun , 2015 15:22
İqtisad Universitetində yeni şöbə yaradılıb

Bakı. 30 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Tələbə təşəbbüsləri və layihələrin təşkili şöbəsi yaradılıb. Universitetdən "Report"a verilən xəbərə görə, şöbənin yaradılmasında məqsəd yetkin sosial-aktiv, peşəkar məsuliyyətli, yüksək əxlaqi və vətəndaşlıq keyfiyyətlərinə malik olan mütəxəssislərin hazırlanması və bu istiqamətdə layihələrin reallaşdırılmasıdır.

Şöbə tələbə şəxsiyyətinin özünü inkişafına və özünüreallaşdırmasına istiqamətlənmiş optimal və yaradıcı sosial-pedaqoji tərbiyə mühitinin yaradılması, aktivliyə, məqsədyönlüyə və təşəbbüskarlığa malik, dəyişən şəraitə reaksiya bildirmək və tez uyğunlaşmaq imkanı olan, idarəetmə qərarları qəbul edə bilən həyat qabiliyyətli şəxsiyyətin formalaşdırılması istiqamətində fəaliyyət göstərəcək. Həmçinin tələbələrdə vətəndaş mövqeyinin formalaşdırılması, müasir həyat şəraitində mənəvi və mədəni dəyərlərin qorunması və yüksəldilməsi üçün şəraitin yaradılması, universitet ənənələrinin qorunması sahəsində də iş aparacaq. Həmçinin tələbə özünüidarəetmə orqanlarının, ictimai və yaradıcı tələbə birliklərinin işinin inkişafına yardım və işinin koordinasiyası, tələbə təşəbbüslərinin dəstəklənməsi, tələbələrin sosial-mədəni, vətənpərvərlik, mənəvi-əxlaqi və sahibkarlıq tərbiyəsi üzrə kompleks tədbirlərin həyata keçirilməsi ilə məşğul olacaq.

Yeni yaradılan şöbə ADİU-in mənafeyinə xidmət edən tələbə həyatı ilə bağlı müxtəlif layihələr həyata keçirəcək. Tələbələrin sosial fəaliyyətinin genişləndirilməsi və idarə olması üçün menecment funksiyasını yerinə yetirəcək. Yerli və beynəlxalq düşərgələrdə, forumlarda, simpoziumlarda ADİU tələbələrinin iştirakını təmin edəcək.

Eyni zamanda, tələbələrə maddi yardımın göstərilməsi, onların daha istedadlılarına sosial və maddi dəstəyin alternativ mənbələrinin axtarışı, tələbələrin problemlərinin təhlili, psixoloji dəstəyin və psixoloqun konsultasiya yardımının təşkili ilə də məşğul olacaq. Tələbələr arasında hüquq pozuntuları, narkomaniya, alkoqolizm, siqaret çəkmə, vərəm, QİÇS və s. infeksiyaların profilaktikası üzrə layihələr, mühazirələr, forumlar və dəyirmi masalar təşkil edəcək. 

Son xəbərlər

Orphus sistemi