Azərbaycan
AMEA-dan "Report"a verilən məlumata görə, vakant yerlər aşağıdakı vəzifələr üzrədir:
Elmşünaslıq və elmin sosial problemləri şöbəsinə – şöbə müdiri (1 yer), elmi işçi (1 yer);
Tarixşünaslıq və mənbəşünaslıq şöbəsi üzrə – şöbə müdiri (1 yer), kiçik elmi işçi (1 yer), elmi işçi (1 yer);
Elm tarixinin nəzəri-metodoloji problemləri şöbəsi üzrə – aparıcı elmi işçi (1 yer);
Təbiət və dəqiq elmlər tarixi şöbəsi üzrə – elmi işçi (1 yer).
Müsabiqədə uyğun ixtisaslar üzrə ali təhsilli və elmi tədqiqatlar aparan, müvafiq elm sahələri üzrə elmi dərəcəsi olan və elmi nəticələri nüfuzlu jurnallarda dərc olunan, iş təcrübəsinə malik ixtisaslı mütəxəssislər iştirak edə bilərlər.