Nazir: "İnklüziv məktəblərdə təhsil alacaq şagirdlərin sayı barədə indidən nəsə demək mümkün deyil"

Nazir: "İnklüziv məktəblərdə təhsil alacaq şagirdlərin sayı barədə indidən nəsə demək mümkün deyil" "İlkin olaraq pilot layihə şəklində 2 məktəbdən bu prosesə başlayırıq"
Elm və təhsil
4 İyun , 2015 20:32
Nazir: İnklüziv məktəblərdə təhsil alacaq şagirdlərin sayı barədə indidən nəsə demək mümkün deyil

Bakı. 4 iyun. REPORT.AZ/ "Bu ildən Azərbaycanda ilk dəfə olaraq iki ümumtəhsil orta məktəbdə inklüziv təhsilin tətbiqinə başlanılacaq". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, inklüziv təhsilin mənası və fəlsəfəsi bütün uşaqların eyni siniflərdə tədris almasıdır: "Təbii ki, burada hansısa xüsusi sinfin və ya xüsusi qayğıya ehtiyacı olan ayrıca sinfin yaradılmasından söhbət getmir. Əsas məsələ sosiallaşma və təlim-tədris prosesinə uyğun olaraq bütün uşaqların bir məktəbdə və bir sinifdə tədris almasının mümkünlüyüdür. Ona görə də məktəb məhz bu sistemə görə hazırlanmalıdır. Burada həm maddi-texniki infrastruktur, həm təlim prosesi, həm də xüsusi ştatların mövcudluğu əsas götürüləcək. Ona görə də ilkin olaraq pilot layihə şəklində 2 məktəbdən bu prosesə başlayırıq".

Nazir onu da qeyd edib ki, orada təhsil alacaq şagirdlərin sayı barədə indidən nəsə demək mümkün deyil: "Çünki bu həm də validyenlərin qərarlarından asılı olacaq". 

Son xəbərlər

Orphus sistemi