İngilis dilindən IELTS proqramı üzrə doktoranturaya qəbul imtahanı keçiriləcək

İngilis dilindən IELTS proqramı üzrə doktoranturaya qəbul imtahanı keçiriləcək İmtahanlar GRBS Tədris Mərkəzində təşkil ediləcək
Elm və təhsil
1 Dekabr , 2015 09:45
İngilis dilindən IELTS proqramı üzrə doktoranturaya qəbul imtahanı keçiriləcək

Bakı. 1 dekabr. REPORT.AZ/ Dekabrın 5-i və 12-də ingilis dilindən IELTS proqramı üzrə doktoranturaya qəbul imtahanı keçiriləcək. AMEA-dan "Report"a verilən xəbərə görə, imtahanlar GRBS Tədris Mərkəzində təşkil ediləcək.

İxtisas fənnindən və fəlsəfədən müsbət qiymət almış iddiaçılar təcili olaraq Qeydiyyat Formasını (Aplication Form) elektron qaydada və ya kağız üzərində doldurub şəxsiyyət vəsiqəsinin surəti ilə birlikdə GRBS Tədris Mərkəzinin [email protected] elektron ünvanına göndərməli və ya GRBS Tədris Mərkəzinə şəxsən təqdim etməlidir.

Son xəbərlər

Orphus sistemi