İndoneziyanın Azərbaycandakı səfiri Dillər Universitetinin fəxri professoru elmi dərəcəsini alıb

İndoneziyanın Azərbaycandakı səfiri Dillər Universitetinin fəxri professoru elmi dərəcəsini alıb Bakı. 7 iyul. REPORT.AZ/ Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Şurasının qərarına əsasən, ali məktəbdə keçirilən tədbir zamanı İndoneziyanın Bakıdakı səfiri, fəlsəfə elmləri doktoru, Hacı Husnan Bey Fananie, M.A, professor – elmi dərəcəsinə layiq görülüb.
Elm və təhsil
7 İyul , 2018 08:52
İndoneziyanın Azərbaycandakı səfiri Dillər Universitetinin fəxri professoru elmi dərəcəsini alıb

Bakı. 7 iyul. REPORT.AZ/ Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Şurasının qərarına əsasən, ali məktəbdə keçirilən tədbir zamanı İndoneziyanın Bakıdakı səfiri, fəlsəfə elmləri doktoru, Hacı Husnan Bey Fananie, M.A, professor – elmi dərəcəsinə layiq görülüb.

“Report” xəbər verir ki, elmi dərəcə akademiklərin qarşısında ADU-nun professoru Kamal Abdullayev tərəfindən birbaşa səfirə təqdim olunub.

Tədbirdə, eyni zamanda, Bakıda işgüzar səfərdə olan İndoneziya Respublikasının Xalq Məşvərət Şurasının Təhsil və mədəniyyət məsələləri üzrə 10-cu Komissiyasından və Hüquq və İnsan Haqları üzrə 3-cü Komissiyasından olmaqla 5 nəfər nümayəndəsi də iştirak edib.

“Husnan Bey Fananie, yüksək qayğıya malik və xüsusilə, təhsil sahəsində öz töhvəsini verməkdə davam edən səfirdir. O, həmçinin çoxsaylı kitablar yazmış və öz təyinatı dövründə iki ölkənin təhsili sahəsində əməkdaşlığın daha da inkişaf etməsinə köməklik göstərib.

Bu müddət ərzində, İndoneziya Respublikasının Bakıdakı səfiri müxtəlif universitet və məktəblərdə tez-tez ümumi mühazirə oxuyub və bundan əlavə, 1 semestr ərzində ADU-nun beynəlxalq əlaqələr fakultəsinin tələbələrinə İndoneziyanın siyasət sistemini tədris edən qonaq müəllimi olub. İndoneziya Respublikasının Bakıdakı Səfirliyi də İndoneziya – Azərbaycan arasında, xüsusilə multikulturalizm mövzusunda müntəzəm olaraq seminarlar təşkil edir.

İndoneziya Respublikasının Bakıdakı səfiri eyni zamanda, ADU ilə Şimali Sumatra İslam Universiteti, Daxili İşlərin İdarəşiliyi İnstitutu, Malanq İslam Universiteti, İndoneziya Universiteti və Pacacaran Universiteti arasında Anlaşma Memorandumlarının imzalanmasını irəli sürmüşdür. Bu səbəbdən 2018-ci ilin sonunadək İndoneziyanın aparıcı universitetləri imzalanmış memorandumların tətbiq edilməsi və təhsil sahəsində müzakirələrin aparılması məqsədilə Bakıya səfər edəcəklər.

İndoneziya Respublikasının Bakıdakı səfiri ADU-nun İndoneziyanın müvafiq nazirlik/orqanları ilə əlaqələrini genişləndirir, beləki, İndoneziya Gənclər və İdman nazirinin, İndoneziya Respublikasının Xalq Məşvərət Şurasının və Parlamentinin, alimlərin, hətta İndoneziya media nümayəndlərinin ADU-ya səfərini təşkil edir. Bundan əlavə, cənab səfir ADU-nun İndoneziya Universitetində Azərbaycan Mədəniyyət Mərkəzi açmasında mühüm rol oynayıb”, - deyə professor Kamal Abdullayev öz çıxışında qeyd edib.

Fürsətdən istifadə edərək, İndoneziyanın Bakıdakı səfiri, İndoneziya ilə, xüsusilə İndoneziyanın Azərbaycanda təşviq edilməsində İndoneziya Araşdırmalar Mərkəzi vasitəsilə Səfirliklə sıx əlaqə saxladığı üçün ADU-ya öz minnətdarlığını bildirib.

"Müxtəlif sahələr üzrə İndoneziya və Azərbaycan arasında diplomatik əlaqələrin gücləndirilməsi Səfirliklə ADU, xüsusilə İndoneziya Araşdırmalar Mərkəzi arasındakı sıx əlaqələrdən ayrı hesab oluna bilməz və bu səbəbdən, öz xidmətlərinə görə, Azərbaycanda İndoneziya Araşdırmalar Mərkəzinin təsisçisinə öz minnətdarlığımı bildirirəm", - deyə Husnan Bey Fananie qeyd edib.

İndoneziya Respublikasının Bakıdakı səfiri həmçinin, ilk dəfə İndoneziya vətəndaşına təqdim olunan mükafata görə də öz təşəkkürünü bildirib. Qeyd olunan mükafat İndoneziya ilə Azərbaycan arasındakı sıx əlaqələrin simvoludur və yalnız şəxsi uğur deyil, İndoneziya xalqına təqdim olunan mükafatdır.

Son xəbərlər

Orphus sistemi