İlk Avropa Oyunlarına yaradıcı dəstək verəcək festivallara hazırlıq başa çatıb

İlk Avropa Oyunlarına yaradıcı dəstək verəcək festivallara hazırlıq başa çatıb Festivalların açıq havada keçirilməsi planlaşdırılıb
Elm və təhsil
23 Aprel , 2015 16:35
İlk Avropa Oyunlarına yaradıcı dəstək verəcək festivallara hazırlıq başa çatıb

Bakı. 23 aprel. REPORT.AZ/ Gənclər üçün Təhsil Mərkəzi Prezident yanında Gənclər Fondunun dəstəyi ilə icra etdiyi "Gənclərdən İlk Avropa Oyunlarına yaradıcı dəstək" layihə çərçivəsində Mingəçevir və Gəncə şəhərlərində keçiriləcək festivalların hazırlıq işlərini yekunlaşdırıb. Bu barədə "Report"a GTM-in mətbuat xidmətindən məlumat verilib.

Yaxın günlərdə baş tutacaq festivallarda region gəncləri yaradıcılıq imkanlarını nümayiş etdirməklə, Azərbaycanın ev sahibliyi edəcəyi Avropa Oyunlarına ictimai dəstək verəcəklər.

Festivallarda uşaq və yeniyetmələrin, eyni zamanda gənclərin iştirakı ilə idman oyunları, musiqi və rəqslər, tamaşalar, rəsm və əl işləri nümayiş etdiriləcək, gənclər arasında viktorinalar keçiriləcək. Avropa Oyunlarının Mingəçevir şəhərində də keçiriləcəyini nəzərə alaraq, festival çərçivəsində Kür çayında bir sıra su oyunları və yarışları da təşkil olunacaq.

Artıq hər iki şəhərdə bu festivallara hazırlıq məqsədilə yaradıcı gənclər üçün təlimlər keçirilib, onların səhnələri, əl işləri və s. hazırlanıb, tədbirin proqramı üzərində iş başa çatıb. Festivalların açıq havada keçirilməsi planlaşdırılıb.

Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə bildirib ki, region gəncləri bu festivallara çox ciddi hazırlaşıblar: "Onlar festivallar vasitəsilə Azərbaycanda keçirilək bu nüfuzlu tədbirə hər cür dəstək olduqlarını bəyan etmək niyyətindədirlər. Tədbirimiz ilk Avropa Oyunları ərəfəsində həm yadda qalacaq, həm də geniş ictimaiyyəti məlumatlandıracaq".

Layihə Avropa Oyunlarına dəstək verməklə yanaşı, regionlarda yaradıcı gənclərin üzə çıxarılmasında da xüsusi rol oynayacaq.

Son xəbərlər

Orphus sistemi