İlin ilk Ay tutulması başa çatıb - YENİLƏNİB

İlin ilk Ay tutulması başa çatıb - YENİLƏNİB Bu ilin ilk Ay tutulması başa çatıb.
Elm və təhsil
11 Yanvar , 2020 01:13
İlin ilk Ay tutulması başa çatıb - YENİLƏNİB

Bu ilin ilk Ay tutulması başa çatıb.

“Report” xəbər verir ki, təbiət hadisəsi Bakı vaxtı ilə saat saat 01:12-də isə sona çatıb.

Qeyd edək ki, ilin ilk Ay tutulması ötən gün Bakı vaxı ilə saat 21:08-də başlamışdı. Ay tutulmasını Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olub. Amma prosesi gözlə müşahidə etmək çətin olub.

Ay tutulmasını Azərbaycanda da izləmək mümkün idi. 

Bu il 4 Ay tutulması hadisəsinin baş verəcəyi gözlənilir. 2-ci Ay tutulması iyunun 5-dən 6-sına keçən gecə, 3-cüsü iyulun 5-də, sonuncu tutulma isə noyabrın 30-da baş verəcək. 


***21:08

Bu ilin ilk Ay tutulması başlayıb.

“Report” xəbər verir ki, təbiət hadisəsi saat 23:11-də maksimuma çatacaq.

Proses yanvarın 11-ə keçən gecə saat 01:12-də bitəcək.

Ay tutulmasını Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olacaq. Amma prosesi gözlə müşahidə etmək çətin olacaq. 

Ay tutulmasını Azərbaycanda da izləmək mümkündür. 

Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) Aydan bir az tünd görünəcək.

Qeyd edək ki, 2020-ci ildə 4 Ay tutulması hadisəsinin baş verəcəyi gözlənilir. 2-ci Ay tutulması iyunun 5-dən 6-sına keçən gecə, 3-cüsü iyulun 5-də, sonuncu tutulma isə noyabrın 30-da baş verəcək. 

Son xəbərlər

Orphus sistemi