I kurs tələbələrinin qeydiyyat müddəti uzadılıb

I kurs tələbələrinin qeydiyyat müddəti uzadılıb Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və orta ixtisas təhsili müəssisələrinə 2020-2021-ci tədris ilində qəbul olunmuş tələbələr 14 oktyabr saat 17:00-dək Təhsil Nazirliyinin https://e-telebe.edu.az elektron portalı vasitəsilə qeydiyyatdan keç
Elm və təhsil
12 Oktyabr , 2020 18:14
I kurs tələbələrinin qeydiyyat müddəti uzadılıb

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və orta ixtisas təhsili müəssisələrinə 2020-2021-ci tədris ilində qəbul olunmuş tələbələr 14 oktyabr saat 17:00-dək Təhsil Nazirliyinin  elektron portalı vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, tələbələrin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatının aparılması üçün qeyd edilən müddətədək  elektron portalına müraciət etmələri xahiş olunur.

Məlumat üçün bildirək ki,  elektron portalı vasitəsilə təhsil müəssisələrində birinci kurs tələbələrinin qeydiyyatı prosesində onların sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olub-olmaması avtomatik qaydada müəyyən edilir. Həmin tələbələrin 2020-2021-ci tədris ilinin payız semestri üçün təhsil haqqı xərclərinin ödənilməsi ilə bağlı informasiya sisteminə təkrar müraciət etmələrinə ehtiyac yaranmır.

Son xəbərlər

Orphus sistemi