​İkinci sınaq imtahanına qeydiyyat başlayıb

​İkinci sınaq imtahanına qeydiyyat başlayıb Ödəmə kartını internet ödəmə vasitəsilə göndərməklə əldə etmək olar
Elm və təhsil
17 Mart , 2015 10:24
​İkinci sınaq imtahanına qeydiyyat başlayıb

Bakı. 17 mart. REPORT.AZ/ Aprel ayının 12-də TQDK tərəfindən abituriyentlər üçün ikinci sınaq imtahanı keçiriləcək. Həmin imtahanda iştirak etmək istəyənlər üçün bu gündən etibarən qeydiyyat başlayıb. Bu barədə “Report”a TQDK-dan məlumat verilib.

Sınaq imtahanlarına yazılış yalnız internet vasitəsilə şəxsiyyət vəsiqəsindən və TQDK-nın ödəmə kartından istifadə olunmaqla aparılır. Ödəmə kartını internet ödəmə vasitəsilə və ya bütün mobil operatorlardan 7735 nömrəsinə boş sms göndərməklə əldə etmək olar.

Son xəbərlər

Orphus sistemi