I-IV ixtisas qrupları üzrə ilk qəbul imtahanlarının keçiriləcəyi tarixlər məlum olub

I-IV ixtisas qrupları üzrə ilk qəbul imtahanlarının keçiriləcəyi tarixlər məlum olub Abituriyentlə DİM-in rəsmi saytından “Abituriyentin imtahana buraxılış vərəqəsi”ni çap edə biləcəklər
Elm və təhsil
11 Aprel , 2017 17:05
I-IV ixtisas qrupları üzrə ilk qəbul imtahanlarının keçiriləcəyi tarixlər məlum olub
Report.az

Bakı. 11 aprel. REPORT.AZ/ Ali təhsil müəssisələrinə qəbul olmaq üçün I-IV ixtisas qrupları üzrə keçirilən birinci (yaz) qəbul imtahanlarının tarixləri müəyyən olunub.

Bu barədə "Report"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. 

II və III ixtisas qrupları üzrə ilk qəbul imtahanı aprelin 30-da, I və IV ixtisas qrupları üzrə isə mayın 7-də keçiriləcək.

Bu imtahanlarda “Abituriyentin elektron ərizəsi” formasını təsdiq edən və orada yazda keçiriləcək imtahanda iştirak etmək istədiyini qeyd edən abituriyentlər iştirak edə bilərlər. Abituriyentlər imtahanların keçirilməsinə 5 gün qalmış DİM-in rəsmi saytından “Abituriyentin imtahana buraxılış vərəqəsi”ni çap edə biləcəklər. Burada imtahanının keçiriləcəyi yer, saat və digər zəruri məlumatlar öz əksini tapacaq.

Son xəbərlər

Orphus sistemi