I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul üzrə sınaq imtahanları başa çatıb

I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul üzrə sınaq imtahanları başa çatıb Bakı. 15 aprel. REPORT.AZ/ I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün keçirilən sınaq imtahanları Respublikanın 18 şəhər və rayonunda keçirilib. İmtahanda iştirak etmək üçün 23124 abituriyent qeydiyyatdan keçib.
Elm və təhsil
15 Aprel , 2018 14:44
I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul üzrə sınaq imtahanları başa çatıb
Report/ Firi Salim

Bakı. 15 aprel. REPORT.AZ/ I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün keçirilən sınaq imtahanları Respublikanın 18 şəhər və rayonunda keçirilib. İmtahanda iştirak etmək üçün 23124 abituriyent qeydiyyatdan keçib.

“Report” xəbər verir ki, imtahanların idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanılıb və imtahan prosesinin gedişinə nəzarət olunub.

İmtahan iştirakçılarına öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün imtahan mərkəzlərində zəruri şərait yaradılıb.

Aprelin 16-dən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

Xatırladaq ki, aprelin 16-da gün ərzində abituriyentlər, həmçinin müəllimlər, ekspertlər, valideynlər sınaq imtahanlarında istifadə olunmuş sual kitabçaları və test tapşırıqlarının izahını, etalon cavabları DİM-in saytından əldə edə biləcəklər.

Sınaq imtahanlarında istifadə olunmuş sual kitabçalarını və test tapşırıqlarının izahının elektron versiyasını (pdf formatında) DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində >"DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı "> “Sual kitabçaları” və ya “Test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkün olacaq. (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).

1 aprel 2018-ci ildə keçirilən sınaq imtahanlarında istifadə olunmuş sual kitabçaları və test tapşırıqlarının izahının elektron versiyasını isə (pdf formatında) buradan əldə edə bilərsiniz.

Son xəbərlər

Orphus sistemi