İbtidai sinif şagirdlərinin valideynləri üçün təlimlər təşkil olunur

İbtidai sinif şagirdlərinin valideynləri üçün təlimlər təşkil olunur Bakı. 7 dekabr. REPORT.AZ/ Paytaxt məktəblərində təhsil alan ibtidai sinif şagirdlərinin valideynləri üçün maarifləndirici təlimlər təşkil olunur.
Elm və təhsil
7 Dekabr , 2017 11:55
İbtidai sinif şagirdlərinin valideynləri üçün təlimlər təşkil olunur

Bakı. 7 dekabr. REPORT.AZ/ Paytaxt məktəblərində təhsil alan ibtidai sinif şagirdlərinin valideynləri üçün maarifləndirici təlimlər təşkil olunur.

Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

“Məktəblinin dostu” layihəsi çərçivəsində reallaşdırılan təlimlərdə “Məktəblinin dostları” və psixoloqlar moderatorluq edirlər.

Təlimlərin keçirilməsində əsas məqsəd ibtidai sinif şagirdlərində psixoloji problemlərin yaranmasının qarşısını almaq, bununla bağlı valideynlərin məktəblərlə birgə işini təşkil etmək və onları maarifləndirməkdən ibarətdir.

Təlimlərdə uşaq psixologiyasına dair məsələlər müzakirə olunur, azyaşlı məktəblilərdə psixoloji problemlərin əmələ gəlməməsi üçün valideynlərə müvafiq təlimatlar verilir. Həmçinin, valideynlərin məsələ ilə bağlı məktəb və müəllimlərlə sıx əməkdaşlıq etməsinin vacibliyi önə çəkilir.

Son xəbərlər

Orphus sistemi