Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Qayıdışa zəmin yaradan Ulu Öndər” mövzusunda “Ən yaxşı yazı” müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Elm və təhsil
5 May , 2023 12:39
Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Böyük Qayıdışa zəmin yaradan Ulu Öndər” mövzusunda “Ən yaxşı yazı” müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, tələbələr, dövlət qurumlarının və QHT nümayəndələri iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib. Daha sonra Heydər Əliyevlə bağlı videoçarx nümayiş olunub.

Tədbirdə qeyd olunub ki, müsabiqəyə marağı nəzərə alaraq, qaliblər yazarlar və məktəblilər olmaqla 2 nominasiya üzrə seçilib, hər nominasiya üzrə 1-ci, 2-ci, 3-cü yerlər müəyyən olunub. Əlavə olaraq, 4 nəfər müsabiqə iştirakçısı (1 nəfər yazar, 3 nəfər məktəbli) həvəsləndirici diplomla təltif olunub.

Müsabiqədə yazarlar arasında I yerə Beyləqan rayon Əli Rüstəmov adına 1-ci Şahsevən 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Rəşidə Allahverdiyeva, II yerə "Arazın səsi" qəzetinin məhsul katibi Səriyyə Salahova, III yerə isə Rusiya Federasiyası Çerepovets Dövlət Universitetinin Hüquq fakültəsinin 2-ci kurs tələbəsi Mülayim Hümmətova layiq görülüb.

Məktəblilər arasında I yerin qalibi İsmayıllı rayon M.Əzimov adına Təzəkənd kənd tam orta məktəbin 11-ci sinif şagirdi Çilənay Babalı, II yerin qalibi Bakı şəhəri Xətai rayon 245 saylı tam orta məktəbin 7-ci sinif şagirdi Leyla Aydınlı, III yerin qalibi isə Daşkəsən şəhər A.Mürsəlov adına tam orta məktəbin IX sinif şagirdi Nərmin Məmmədzadə olub.

Qeyd edək ki, müsabiqəyə ölkənin müxtəlif şəhər və rayonlarından ümumilikdə 175 yazı daxil olub.

Son xəbərlər

Orphus sistemi