Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şirvanda uşaq bağçası istifadəyə verilib

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şirvanda uşaq bağçası istifadəyə verilib İkimərtəbəli bağça binası 20 otaqdan ibarətdir
Elm və təhsil
2084
15 Sentyabr , 2017 21:22
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şirvanda uşaq bağçası istifadəyə verilib

Bakı. 15 sentyabr. REPORT.AZ/ Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şirvanda inşa edilən uşaq bağçası istifadəyə verilib.

Fonddan "Report"a verilən məlumata görə, sentyabrın 15-də Şirvan şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” layihəsi çərçivəsində tikilən 100 yerlik uşaq bağçası istifadəyə verilib.

İkimərtəbəli bağça binası 20 otaqdan ibarətdir və burada balacaların təlim-tərbiyəsi üçün bütün imkanlar yaradılıb. Təhsil ocağında altı qrupun fəaliyyət göstərməsi nəzərdə tutulub və hər qrupun özünün məşğələ, oyun, kompüter, yataq otaqları və yeməkxanası var. Müasir tələblər əsasında inşa edilən bağça havalandırma sisteminə malikdir, yeni avadanlıq və inventarla təchiz edilib.

Həyətdə abadlıq, yaşıllaşdırma işləri aparılıb.

Son xəbərlər

Orphus sistemi