Heydər Əliyev Fondunun təşəbbüsü ilə aztəminatlı ailələrin uşaqlarına məktəbli formaları təqdim olunub

Heydər Əliyev Fondunun təşəbbüsü ilə aztəminatlı ailələrin uşaqlarına məktəbli formaları təqdim olunub Təranə İsmayılova: "Qaradağ rayonunun bir çox məktəbləri Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir edilib"
Elm və təhsil
13 Sentyabr , 2017 20:55
Heydər Əliyev Fondunun təşəbbüsü ilə aztəminatlı ailələrin uşaqlarına məktəbli formaları təqdim olunub
Azərtac

Bakı. 13 sentyabr. REPORT.AZ/ Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki 139 nömrəli orta məktəbdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə sentyabrın 13-də aztəminatlı ailələrin uşaqlarına məktəbli formaları təqdim olunub. 

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova tədbirdə çıxış edərək mütəmadi xeyriyyə aksiyaları keçirən Heydər Əliyev Fondunun qısa müddətdə bir çox insanların ümid yerinə çevrildiyini bildirib. Qeyd edib ki, ulu öndərin ölməz ideyalarının layiqli daşıyıcısına çevrilmiş Fond hər bir vətəndaşın zəruri istək və arzularının gerçəkləşməsinə, problemlərinin həllinə maddi-mənəvi dəstək verir. Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident, xanım Mehriban Əliyevanın dəstəyi ilə respublikamızda elmin, mədəniyyətin, səhiyyənin inkişafı, milli-mədəni irsimizin qorunması, tarixi abidələrimizin bərpası, mədəniyyətlərarası dialoqda xalqımızın layiqincə təmsil olunması və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində irimiqyaslı layihələrin, sosial proqramların həyata keçirilməsi misilsiz xidmətlərdir. O, Qaradağ rayonunun bir çox məktəblərinin də məhz Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunduğunu, müasir standartlar səviyyəsində yenidən qurularaq uşaqların ixtiyarına verildiyini vurğulayıb.

Tədbirin sonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni tədris ili ərəfəsində rayonun imkansız, maddi durumu ağır olan ailələrinin orta ümumtəhsil məktəblərində təhsil alacaq 200 şagirdinə yeni məktəbli formaları və məktəb çantaları təqdim olunub.

Valideynlər onlara hər zaman göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident, xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Son xəbərlər

Orphus sistemi