Təhsil Nazirliyi: 15 mindən çox tələbənin təhsil haqqı dövlət hesabına ödənilib

Təhsil Nazirliyi: 15 mindən çox tələbənin təhsil haqqı dövlət hesabına ödənilib 2020-2021-ci tədris ili üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi məqsədi ilə sosial həssas əhali qrupuna aid edilən 24 147 tələbə e-telebe.edu.az portalına müraciət edib.
Elm və təhsil
29 Dekabr , 2020 10:18
Təhsil Nazirliyi: 15 mindən çox tələbənin təhsil haqqı dövlət hesabına ödənilib

2020-2021-ci tədris ili üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi məqsədi ilə sosial həssas əhali qrupuna aid edilən 24 147 tələbə e-telebe.edu.az portalına müraciət edib.

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, onlardan 15 900 nəfərin ödənişi ali təhsil müəssisələrinə artıq ödənilib.

Qeyd edək ki, pandemiya dövründə Nazirlər Kabineti tərəfindən “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərar qəbul edilib. Qərar 30 mindən artıq tələbəni əhatə edib. Qərarın icrası üçün dövlət büdcəsindən 40 milyon manat maliyyə vəsaiti ayrılıb.

Son xəbərlər

Orphus sistemi